Banklar bağlanırsa, sahibkarlar nə etməlidir? (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

Banklar bağlanırsa, sahibkarlar nə etməlidir? (VİDEO)

Ötən il İqtisadiyyat Nazirliyi kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid kampaniyasına başladı. İş adamlarına "dövriyyələrinizi rəsmiləşdirin”, "işçilər ilə müqavilə bağlayın”, "əməkhaqlarını kart ilə ödəyin” kimi çağırışlar səsləndirildi.

Bir çox iş adamı da çağırışlara qoşuldu, hesabı olmayanlar bankda hesab açdılar, hesabı olanlar isə dövriyyələrini bu hesaba yönəltdilər. İşçilər maaşlarını əməkhaqqı kartı ilə almağa başladılar. Bu gün həmin iş adamlarının bir çoxu məyus olub. Bağlanan banklarda hesabı olan sahibkarlar və işçiləri vəsaitlərindən istifadə edə bilmirlər.


Mərkəzi Bankın sədri Elman Rüstəmovun ötən həftə mətbuat konfransında səsləndirdiyi fikir isə iş adamlarını daha da narahat edib. Elman Rüstəmovun sözlərinə görə, iş adamları qonşunun, qohumun və tanışın məsləhət gördüyü bankda hesab açmamalıdırlar. Özləri bankların audit hesabatlarını oxuyaraq etibarlı qənaətinə gəldiyi bankda hesab açmalıdırlar. Bu zaman da, iş adamı qərarının doğru və ya yanlışlığına görə özü məsuliyyət daşıyır. Dövlət, Mərkəzi Bank iş adamlarına "filan bankda hesab açın” deməyib, bank seçimi qərarını sahibkarlar özləri veriblər.

Buna görə də, sahibkarlar, ağrılı da olsa, yaranmış vəziyyət ilə barışmalıdırlar. İqtisadçı Elşad Məmmədov isə bildirir ki, banklar haqqında qanunun müvafiq maddəsinə görə, bağlanmış bankların öhdəliyinin ödənilməsi ilə bağlı növbəlilik mövcuddur. Onun sözlərinə görə, ilk növbədə sığortalanan əmanətlər, sonra bağlanmış bankların əməkdaşlarının əməkhaqları və digər onlara aid ödənişlər nəzərdə tutulub. Yalnız bunlardan sonra o şirkətlərin ki, bu banklarda müxtəlif hesabları olub əgər resurslar qalarsa, onların ödənişləri nəzərdə tutulur.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 595 05.05.20 23:01