Bağlanan banklardakı əmanətlər bu tarixdə qaytarılacaq - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bağlanan banklardakı əmanətlər bu tarixdə qaytarılacaq - RƏSMİ
“Bu ayın sonundan “AmrahBank” və “AtaBank”da olan əmanətlərin qaytarılmasına başlanılacaq”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

“Qanunvericilikdə bu müddət üç ay nəzərdə tutulsa da, bu ayın sonunda əmanətlər qaytarılacaq”, - deyə E.Rüstəmov qeyd edib.

“Lisenziyalar geri alındıqdan sonra bankların birləşmə ehtimalı sıfırdır. Biz artıq bu banklarda missiyamızı yekunlaşdırdıq və onları Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna təhvil verəcəyik”.

Baş bankir “AGBank” və “NBCBank”dan da danışıb.

O əmanətçiləri narahat olmamağa çağırıb:

“Onların əmanətləri qorunur. Həmin banklarda çalışanların əməkhaqları ödəniləcək”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          536 01.05.20 16:26