Prezidentdən Böyük Vətən Müharibəsinin iştirakçıları ilə bağlı SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda


Prezidentdən Böyük Vətən Müharibəsinin iştirakçıları ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev mayın 1-də Böyük Vətən Müharibəsi iştirakçılarının “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən Müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediləcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görəcək. Həmçinin yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin edəcək.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          713 01.05.20 14:22