Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik bu ölkələrə də yayıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik bu ölkələrə də yayıldı

Böyük Britaniyada uşaqlar arasında koronavirusla əlaqəli yayılan xəstəlik başqa ölkələrdə də müşahidə edilib.

Sondakika.com xəbər verir ki, ürəyə təsir edən iltihablaşma halları Fransa, ABŞ, İspaniya, İtaliya və İsveçrədə də yayılıb.

COVID-19-un yeniyetmə və uşaqlara təsir etmədiyinə dair səhv iddialardan sonra koronavirusla əlaqəli ola bilən və reanimasiyaya ehtiyacı olan yeni bir xəstəliklə bağlı həyəcan təbili çalınır.

Bu mövzuda ilk olaraq Böyük Britaniya Milli Sağlamlıq Sistemi (NHS) həkimlərə “Uşaqlar arasında COVID-19-la əlaqəli iltihablı sindrom və ya hələ nə olduğu təsbit edilə bilməyən yeni yoluxucu patoloji vəziyyətin aşkar edilməsi narahatlıq yaradır” xəbərdarlığı göndərib.

Fransanın Səhiyyə naziri Olivye Veran bu günə qədər ölkədə ürəyi ətrafında iltihab yığılan uşaqların sayının 15-ə çatdığını açıqlayıb.

O, hər yaş qrupundan olan 15 uşaqda qızdırma, həzm şikayətləri, damarlarda, bəzən də ürəyi qidalandıran damarlarda olan və ürəyin fəaliyyətinə maneə yaradan iltihablara görə ölüm hallarının baş vermədiyini deyib.

Veran bu halların koronavirusla əlaqəsini təsdiqləyən kifayət qədər dəlil olmadığını bildirib.

Britaniyada olduğu kimi, Fransada da iltihablı uşaqların bəzilərinin koronavirus testi müsbət, bəzilərinin isə mənfi olduğu qeyd edilir.

Veran Fransa və digər ölkələrin həkim və elm adamlarını diqqətli olmağa və mümkün qədər çox məlumat toplamağa çağırıb.

ABŞ-da altı aydan səkkiz yaşa qədər üç uşağın bu xəstəlikdən müalicə aldığı deyilir.

Xəstəliyi iri damarlarda və kapilyarlarda iltihaba səbəb olan Kavasaki xəstəliyi ilə müqayisə edirlər.

İlk dəfə 1967-ci ildə yapon pediatrı Tomisaku Kavasaki tərəfindən aşkar edilən xəstəlik əksər hallarda müalicədən bir neçə gün sonra ciddi problem olmadan sağalır, uşaqlara qalıcı zərər vermir. Bu xəstəliyə adətən təkrar yoluxma müşahidə edilmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 286 30.04.20 22:50