Bakıda yük maşını velosipedçini vurub öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda yük maşını velosipedçini vurub öldürdü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə aprelin 27-si, 15:30 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin (CM) 234-cü (narkotiklərin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkum olunmuş Xalid Rzayev idarə etdiyi MAZ markalı yük maşını ilə velosipedlə hərəkətdə olan 2006-cı il təvəllüdlü B.Cəlilovu vuraraq öldürüb.

Faktla bağlı CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          595 28.04.20 13:35