13:05 Qayınanasını döyən kürəkən məhkəmə zalında həbs edildi  |     13:04 Rusiyada əsgər hərbi hissədə xidmət yoldaşlarına atəş açdı: Ölənlər və yaralananlar var  |     13:03 Mikroavtobusda qardaşının keçmiş arvadını döyən qadına hökm oxundu  |     13:02 Kürdəmirdə uşaq bağçasında yanğın olub  |     13:01 Dünyanın ən bahalı avtomobil brendləri - SİYAHI  |     13:00 Hansı dərmanları qəbul edərkən qəhvə içmək olmaz? - Britaniyalı əczaçıdan XƏBƏRDARLIQ  |     12:58 Çörəyin ən bahalı və ən ucuz olduğu ölkələrin adı açıqlanıb: Azərbaycan hansı sıradadır?  |     12:57 Saatlıda 8-ci sinif şagirdi vəfat etdi  |     12:56 Park ərazisində qanunsuz tikinti aparılıb? - Sakinlərdən ŞİKAYƏT (Video)  |     12:49 Bəzi gizir və miçmanlar üçün həqiqi hərbi xidmət müddəti artırılır  |     12:42 Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO  |     12:41 Sumqayıtda evdən oğurluq edən qadınlar ələ keçdilər  |     12:33 Sabah şimşək çaxacaq, dolu düşəcək  |     12:09 Sumqayıtda FACİƏ: başı daşa çırpıldı, yerindəcə keçindi  |     11:53 Yasamaldakı atışmaya görə iki nəfər TUTULDU  |     11:41 Rusiyada daha bir azərbaycanlı diaspor rəhbəri HƏBS OLUNDU  |     11:34 Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb  |     11:25 2001-ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə alınıb  |     11:19 Bakıda bəzi binaları qurd basdı - VİDEO  |     11:11 Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq  |    

Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Ağsu Rayonu Polis Şöbəsi rəisinə məxsus xırdabuynuzlu heyvanların sakinlərin taxıl sahəsini yararsız hala salması barədə məlumat paylaşılıb.

İddia edilib ki, rayonun Ləngəbiz kənd sakinləri buna etiraz edəndə əraziyə polis yeridilib. İnsanları karantin qaydalarını pozmaqda ittiham edərək, həbs edib və polis bölməsində döyüblər.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağsu RPŞ-nin rəhbərliyinə aid təsərrüfatla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzlidir:

“Aparılan araşdırma zamanı məlum olub ki, aprelin 17-də Ağsu rayonunun Ləngəbiz kəndi ərazisində bir qrup şəxs rayonun Cəfərli kənd sakini Alxan Paşayevə məxsus xırdabuynuzlu mal-qaranın bələdiyyəyə məxsus örüş sahəsindən keçərək, İsmayıllı rayonuna getməsinə etiraz əlaməti olaraq toplaşıb.

Əraziyə gələn polis əməkdaşları onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarını pozmaları barədə dəfələrlə xəbərdarlıq etsələr də, onlar polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam ediblər”.

“Bu səbəbdən orada olan şəxslərdən 15 nəfəri saxlanılaraq, Ağsu RPŞ-yə gətirilib və barələrində müvafiq tədbirlər görülüb. Onların döyülməsi ilə bağlı iddialar əsassız və böhtan xarakterlidir, - deyə DİN rəsmisi qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 138 22.04.20 19:59