13:22 Dönərin pulunu verməyən müştərini döydü, 1 200 manat ziyana düşdü  |     13:05 Qayınanasını döyən kürəkən məhkəmə zalında həbs edildi  |     13:04 Rusiyada əsgər hərbi hissədə xidmət yoldaşlarına atəş açdı: Ölənlər və yaralananlar var  |     13:03 Mikroavtobusda qardaşının keçmiş arvadını döyən qadına hökm oxundu  |     13:02 Kürdəmirdə uşaq bağçasında yanğın olub  |     13:01 Dünyanın ən bahalı avtomobil brendləri - SİYAHI  |     13:00 Hansı dərmanları qəbul edərkən qəhvə içmək olmaz? - Britaniyalı əczaçıdan XƏBƏRDARLIQ  |     12:58 Çörəyin ən bahalı və ən ucuz olduğu ölkələrin adı açıqlanıb: Azərbaycan hansı sıradadır?  |     12:57 Saatlıda 8-ci sinif şagirdi vəfat etdi  |     12:56 Park ərazisində qanunsuz tikinti aparılıb? - Sakinlərdən ŞİKAYƏT (Video)  |     12:49 Bəzi gizir və miçmanlar üçün həqiqi hərbi xidmət müddəti artırılır  |     12:42 Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO  |     12:41 Sumqayıtda evdən oğurluq edən qadınlar ələ keçdilər  |     12:33 Sabah şimşək çaxacaq, dolu düşəcək  |     12:09 Sumqayıtda FACİƏ: başı daşa çırpıldı, yerindəcə keçindi  |     11:53 Yasamaldakı atışmaya görə iki nəfər TUTULDU  |     11:41 Rusiyada daha bir azərbaycanlı diaspor rəhbəri HƏBS OLUNDU  |     11:34 Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb  |     11:25 2001-ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə alınıb  |     11:19 Bakıda bəzi binaları qurd basdı - VİDEO  |    

VÖEN-i olub 190 manat almaq istəyənlərin nəzərinə!

"190 manatlıq müavinətdən bəhrələnmək istəyən vətəndaşlar adlarına olan VÖEN-i ləğv etdirməlidirlər”.

Median.Az
xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İTV-də yayımlanan "Diqqət mərkəzi” verilişində deyib:

"10 minlərlə vətəndaş var ki, əmək müqavilələri, VÖEN-ləri olub. Hətta bəzi hallarda azyaşlı uşaqlarının adına da müraciətlər olub.

Bu sistem də kontingentin sayını nəzərə alaraq kompüterin üzərindən aparılır. Sistemlər Vergilər Nazirliyi və digər qurumların altsistemləri ilə inteqrasiya olub. Ona görə vacibdir ki, vətəndaşlarımız əgər öz VÖEN-lərindən istifadə etmirlərsə, yaxud qısa müddətlik hər hansı məqsəd üçün onlara lazım olub və indi istifadə etmirlərsə, onlar bizə kömək etsinlər. Müraciət edib qısa müddətdə o sistemlərdə VÖEN-lərini ləğv etdirsinlər, bağlatdırsınlar. Bu müavinətdən bəhrələnmək istəyirlərsə, mütləq müraciət edərək o VÖEN-lərə xitam versinlər”.

A.Kərimov bildirib ki, VÖEN-i ləğv edilən vətəndaş 190 manat müavinət üçün yenidən müraciət edə bilər:

"Vətəndaşlar artıq 190 manat üçün müraciət edib, sonra adlarına VÖEN olduğunu biliblərsə, yenidən müraciət edə bilərlər. Sadəcə bilməlidirlər ki, növbəlilik qaydasında onlar əvvəlki növbələrini deyil, yeni növbə yeri alaraq yenidən bir az gözləməlidir ki, onların müraciətləri təhlil olunsun.

VÖEN ləğv edildikdən sonra vətəndaşın hər bir müraciəti yeni müraciət kimi baxılacaq və və altsistemlərdə yenidən yoxlanacaq. Məlumat əgər dəyişdirilibsə, meyar artıq müsbətdirsə, müraciətin də cavabı ümumilikdə müsbət olacaq”.//qaynarinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 274 21.04.20 23:19