Mojo.az Banner
14:01 Aygün yoxsa Röya? - Zamiq kimi seçdi? - VİDEO  |     13:54 Rəsul Çunayevə vəzifə verildi  |     13:49 Bu ərazilərə metro çəkiləcək - ÜNVANLAR AÇIQLANDI  |     13:41 Tramp donanma göndərib: İranın son qərarı nə olacaq?  |     13:31 Baş Prokurorluqdan əhaliyə vacib MÜRACİƏT  |     13:24 ABŞ-də ölənlərin sayı artdı  |     13:16 Prokurorlara yeni səlahiyyət verilir  |     13:07 Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir  |     12:59 Yeni doğulan uşağa ad verilmə qaydaları DƏYİŞİR  |     12:52 Paşinyan: Azərbaycanla sülh Ermənistanın təhlükəsizliyinin qarantıdır  |     12:46 Rusiya vətəndaşı Bakıda hoteldə qəfil öldü  |     12:39 Cavanşir Qurbanovun yerinə YENİ TƏYİNAT  |     12:34 Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM  |     12:28 Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - Yeni detallar açıqlandı  |     12:24 Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün yeni tunel inşa ediləcək  |     12:13 Zorakılığın qurbanı olan uşaqlara aid istintaq materiallarının yayılması qadağan edilir  |     12:10 Dövlət istedadlı uşaqların təhsilini maliyyədən asılı olmayaraq, təmin edəcək  |     12:03 Uşaqlara gəlir, əmlak və əqli mülkiyyət hüquqları verilir  |     11:59 Uşaqlarla bağlı məhkəmə və istintaq proseslərində YENİ QAYDALAR  |     11:52 Bakıda yeni dəmir yolu dayanacaqları YARADILIR  |    
Left Banner
Right Banner

Bakıda yarımçıq saxlanılmış Dünya Kubokunda mükafatlandırılanlar olacaq

10.04.2020 13:45 4 345
Bakıda yarımçıq saxlanılmış Dünya Kubokunda mükafatlandırılanlar olacaq
Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi Bakıdakı yarışlarla bağlı qərarlarını açıqlayıb.

12-15 mart tarixlərində Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku martın 13-də koronavirusa görə yarımçıq saxlandığından, bu yarış barədə qərar verilib.

Belə ki, finala vəsiqə qazanan idmançıların təsnifat mərhələsindəki göstəriciləri yekun sayılacaq və onlar mükafatlandırılacaq.

Həmçinin, 2020-ci ildə təxirə salınmış dünya çempionatları ilə bağlı da qərarlar açıqlanıb. Bu il 14-16 mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə baş tutacaq. Bunun üçün Azərbaycan Gimnastika Federasiyası ilə yeni tarixlər müzakirə olunacaq.

Qeyd olunub ki, Kopenhagendəki idman gimnastikası və Bakıdakı batutda tullanma üzrə dünya çempionatları, əvvəlki kimi, 2021-ci il tarixlərində keçiriləcək. Həmçinin, 2021-ci ildə keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına namizəd ölkənin axtarışı prosesinin davam etdiyi vurğulanıb.скачать dle 11.3