Mojo.az Banner
14:12 Samuxda 10 kiloqram narkotik vasitəni satmaq istəyən şəxs ələ keçdi  |     14:12 UEFA Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt Frankfurt"la qarşılaşır  |     13:08 Finlandiyada sabit telefon xidməti ləğv edilir  |     13:07 Ağsuda zəlzələ olub  |     12:50 Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər  |     11:13 Vəzifəli şəxsləri şantaj edən "reket jurnalist"lə bağlı QƏRAR  |     10:58 Qarlı hava şəraitində respublikanın avtomobil yollarında SON VƏZİYYƏT  |     23:02 Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: mütəxəssislər səbəbini izah edir  |     22:58 Uşaqlar üçün olan bu məhsul bahalaşdı  |     22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |     21:27 Qərib Mehdi vəfat edib  |     21:21 Mətanət Eminova vəfat etdi  |     21:14 Azərbaycanda şəlalə dondu - FOTOLAR  |     21:07 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |    
Left Banner
Right Banner

İmkansız ailələrə iftar süfrəsi üçün yardım paylanacaq - AÇIQLAMA

09.04.2020 17:24 2 332
İmkansız ailələrə iftar süfrəsi üçün yardım paylanacaq - AÇIQLAMA
“Məscidlər tərəfindən 100-ə yaxın imkansız ailəyə yardım göstərilib”.

Bunu Oxu.Az-a açıqlamasında Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O bildirib ki, vəziyyətdən asılı olaraq, iftar süfrələri verilməzsə, imkansız ailələrə yardım göstəriləcək:

“Şübhəsiz ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanan fətvada cəmiyyətə çağırış olacaq. Bu çətin günlərdə hər kəs bir-birinə yardım əlini uzatmalıdır. Bu günə qədər də məscidlərimizdə müxtəlif yardım kampaniyaları təşkil olunub.

Məşədi Dadaş məscidində dini icmamız tərəfindən 100-ə yaxın imkansız ailəyə yardım edilib. Düşünürəm ki, müxtəlif dini icmalar da bu prosesdə yaxından iştirak edəcək. Ramazan ayında maddi imkanı az olan şəxslərin öz evlərində iftar süfrəsi qurmalarına köməklik göstəriləcək”.

“Bu il Ramazan ayının ilk günü aprelin 25-nə təsadüf edəcək”, - deyə Hacı Şahin əlavə edib.скачать dle 11.3