Azərbaycanda koronavirusdan heyvan ölümü qeydə alınıb? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Azərbaycanda koronavirusdan heyvan ölümü qeydə alınıb? - AÇIQLAMA

“Koronavirus pandemiyası ilə bağlı heyvanlar arasında ölüm faktları qeydə alınmayıb”.

Bu barədə oxu.az-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Bakı Zooloji Parkında da karantin qaydalarına riayət olunur:

“Bir ildən çoxdur zoopark ərazisinin genişləndirilməsi işləri ilə bağlı fəaliyyətini dayandırıb. Təmir-bərpa prosesi yekunlaşana qədər zooparkda məskunlaşan heyvanlar müvəqqəti olaraq Qaradağ rayonu, Salyan şosesi yaxınlığında yerləşən sığınacaqda saxlanılır. Bu köçürülmə prosesi koronavirus pandemiyasından əvvəl baş verib.

Ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin rejiminə riayət olunur. Ay ərzində heyvanların saxlanıldığı ərazidə pandemiyaya qarşı altı dəfə dezinfeksiya işləri aparılır. Bundan başqa, hər zaman olduğu kimi, birə və gənələrə qarşı da dezinfeksiya işlərimiz davam etdirilir. Yaz mövsümü ilə əlaqədar zəruri tədbirlər görülür”.

A.Hüseynov karantinlə bağlı yalnız heyvanlara baxan əməkdaşların işə çıxdığını deyib:

“Karantin qaydalarına görə, məhdud sayda əməkdaşımız işə gəlir. Yalnız heyvanlara baxan işçilərimiz fəaliyyətini davam etdirir. Onların ictimai nəqliyyatdan istifadə etməmələri, insanlarla minimum ünsiyyətdə olmaları üçün iş saatları xüsusi qrafiklə tənzimlənib. Əməkdaşlarımız işə xüsusi avtomobillərimizlə gəlib-gedirlər. Onların təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görülür”.

“Heyvanlar arasında xəstələnmə və ya ölüm faktları qeydə alınmayıb. Əksinə, Qarabağ atı, dəvəquşu, meymun bala verib. Hazırda problem müşahidə edilmir”, - deyə direktor qeyd edib.

Xatırladaq ki, Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma halları aşkarlayıblar. İlkin məlumatlara görə, COVID-19 heyvandan insana keçib. Çində bioloqların apardıqları araşdırmalar isə COVID-19 pandemiyasının yenidən heyvanlar arasında yayıla biləcəyi ehtimalını gündəmə gətirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 604 09.04.20 15:29