Bakıda atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Bakıda atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib

Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkli qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib.

Qeyd edək ki, 2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu.

Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin vəziyyətinə görə, paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib.

Belə ki, Bakı şəhərində martın 22-dən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - aprelin 7-də isə 45-50 faiz azalıb.

Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 831 09.04.20 14:39