Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər veriləcək

04.04.2020 22:05 1 466
Sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər veriləcək
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətillər veriləcək.

Median.Az
xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.

Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulub:

- mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi;

- əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi;

- vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi;

- mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi;

- mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması;

- pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması;

- əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi;

- əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad edilməsi;

- epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması;

- icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi;

- ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə salınması;

- bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması//report.az

Son xəbərlər