Azərbaycan Mərkəzi Bankı vətəndaşları onlayn rejimdə qəbul edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |     20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |    

Azərbaycan Mərkəzi Bankı vətəndaşları onlayn rejimdə qəbul edəcək

Baş nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bu barədə Median.Az quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilib, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub.

Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:

- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.

- Yazılı müraciətlər AMB-də quraşdırılmış məktublar qutusuna atıla bilər;

- Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması (012) 493-50-58 nömrəli qaynar xətt və (012) 493-11-22 nömrəli telefon vasitəsilə həyata keçirilir.

- Vətəndaşların “Skype” proqramı üzərindən cbar@cbar.az elektron ünvana zəng etməklə videoqəbulu həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 037 17.03.20 16:48