Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Notariusun evindən 374 min manat oğurlayanlarla bağlı yeni qərar verildi

13.03.2020 12:32 3 969
Notariusun evindən 374 min manat oğurlayanlarla bağlı yeni qərar verildi
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Aslan Qasımov, Elnur Aslanov, İmamverdi Həsənov, Sahib Həsənbəyli və Familə Vəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin şikayətləri təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənova 7 il, Familə Vəliyevaya 5 il, Sahib Həsənbəyliyə 2 il həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Xətai Rayon Polis İdarəsinə müraciət edən şəxs fərdi yaşayış evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. Cinayəti törətməkdə təqsirləndirilən Bakı şəhər sakinləri İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunanlar - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər. Daha sonra dəstənin digər üzvü olan F.Vəliyeva saxlanılıb.

Zərərçəkmiş Ş.Hüseynova məhkəmədə bildirib ki, evindən 374 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. O deyib ki, təqsirləndirilən Familə Vəliyeva vaxtilə onun evində işləyib, etibarını qazanıb, sonra da belə bir iş görüb.

Cinayət işinin materiallarında da iddia olunur ki, Familə digər dörd nəfərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları yönləndirib.

Təqsirləndirilən F.Vəliyeva ittihamı qəbul etməyib. O bildirib ki, Ş.Hüseynova ilə şərikli obyekti var və qadın onu həbs etdirmək istəyir.

Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda oğurluqda təqsirli biliniblər.

Qeyd edək ki, zərərçəkmiş şəxs 40 saylı notariat kontorunun rəhbəridir.

Son xəbərlər