Dünya Bankının Azərbaycanla bağlı 100 milyon dollarlıq layihəsi: 22 min işsiz sevinəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Dünya Bankının Azərbaycanla bağlı 100 milyon dollarlıq layihəsi: 22 min işsiz sevinəcək

Dünya Bankının Direktorlar Şurası ölkəmizdə Azərbaycanda özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq proqramın genişləndirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlığın həyata keçirilməsi üçün ötən dövrdə məqsədyönlü işlər aparılıb.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının müvafiq missiyası ilə bir sıra görüşlər keçirilərək müzakirələr aparılıb. “Azərbaycanda məşğulluğa dəstək layihəsi”nin birgə icrası üzrə görüləcək işlər müəyyən olunub.

Təsdiq edilən layihənin əsas məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi, işsiz şəxslərin Dünya Bankının vəsaitləri hesabına özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxışına şərait yaradılmasıdır.

Proqramın əhatə dairəsi və səmərəliliyinin artırılması ilə yanaşı, layihənin tərkib hissələrinə proqram çərçivəsində göstərilən dəstəyin miqyasının genişləndirilməsi, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, o cümlədən Nazirliyin peşə təhsil müəssisələri ilə bağlı strategiyanın hazırlanması və s. daxildir.

Layihənin dəyəri 100 milyon ABŞ dollarıdır və 2020-2025-ci illəri əhatə edəcək.

Layihə həmin dövrdə ölkəmizdə əlavə olaraq 22 min işsiz şəxsin qeyri-kənd təsərrüfatı sektoru istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.

Dünya Bankı və Azərbaycan hökuməti adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kredit sazişi imzalandıqdan sonra layihənin bu ilin ortalarından icrasına başlanması planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 103 09.03.20 13:49