Bakıda yeddi ağacı baltalayan şəxslər haqqında ciddi araşdırma aparılır - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bakıda yeddi ağacı baltalayan şəxslər haqqında ciddi araşdırma aparılır - RƏSMİ

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməkdaşlarımız tərəfindən sözügedən əraziyə baxış keçirilib və təəssüf ki, ağacların qəsdən zədələnməsi faktı təsdiqlənib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova ötən gün paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 24 saylı yaşayış binasının arxa hissəsində 7 ədəd ağacın kökündən baltalanması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, nazirlik əməkdaşları tərəfindən həmin ünvanda 7 ədəd ağacın məhv olma dərəcəsinədək zədələnməsi faktı ilə bağlı araşdırma aparılır:

“Məsələ ilə bağlı akt tərtib olunub. Təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək, onlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda polis tərəfindən ağaclara ziyan vuran şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda, nazirlik adından ictimaiyyətə səslənərək, bu hadisəni törədənləri görən və ya bu barədə hər hansı bir məlumata malik olan şəxslərin təcili olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və polisə məlumat vermələrini xahiş edirik”.

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrini yüksək qiymətləndirib:

“Nazirliyin fəaliyyətinə etimad göstərərək, yaşıllıqların qorunması istiqamətində bizə dəstək olan, gördükləri qanun pozuntularına dair məlumatları ictimailəşdirən hər kəsə təşəkkür edirik. Çox sevindirici haldır ki, artıq vətəndaşlarımız da bu kimi hallara kəskin reaksiya verərək, yaşıllıqların qorunmasına çalışırlar. Bu məsələlər daim ictimaiyyət və media orqanları tərəfindən diqqətdə saxlanılır. Qısa zamanda həmin şəxslər müəyyən olunaraq, qanuna müvafiq şəkildə məsuliyyətə cəlb olunacaqlar.

ETSN hər zaman ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə qarşı çıxıb və çıxacaq. Bütün səylərimizi paytaxtda və regionlarda kütləvi ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının daha da genişləndirilməsinə yönəltmişik. İnsanların təbiətə ziyan vurması qəddarlıqdır”.

Xatırladaq ki, ötən gün paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, 151 nömrəli uşaq bağçasının yanında ağacların kökünün baltalanması ilə bağlı videogörüntü yayılıb. Ərazidə 7 ağac kök boğazından kəsici alətlə zədələnib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 042 07.03.20 17:28