Prezident Azərbaycana gələn xarici sürücülərlə bağlı göstəriş verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Prezident Azərbaycana gələn xarici sürücülərlə bağlı göstəriş verdi

"Onu da deyim ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə çıxışı zamanı bildirib.

"Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq biz bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır", - dövlət başçısı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 148 03.03.20 21:43