Ağcabədidə mənzillərin verilməsi zamanı qarşıdurma: Saxlanılanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Ağcabədidə mənzillərin verilməsi zamanı qarşıdurma: Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda məcburi köçkünlərə mənzillərin verilməsi zamanı yaranan qarşıdurmaya münasibət bildirib.

DİN Mətbuat xidmətindən Bərdə Regional Qrupundan Oxu.Az-a bildirilib ki, baş verən hadisə zamanı heç bir polis əməkdaşı yaralanmayıb:

“İki nəfər xuliqanlıq etdiyinə görə Laçın Rayon Polis Şöbəsinə gətirilib. Onlar başlarını şöbənin qapısına vurub, özlərinə xəsarət yetiriblər. Həmin vaxt Laçın RPŞ-ə təcili tibbi yardım çağırılıb, onlara tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin əməlləri ilə bağlı araşdırma davam etdirilir”.

Qeyd edək ki, bu gün Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi prosesi zamanı bəzi şəxslər onlara verilən mənzillərin otaq sayları ilə razılaşmayıb. Onlar Laçın Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Polisin müdaxiləsi ilə saxlanılanlar olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            778 28.02.20 15:40