Mojo.az Banner
13:11 Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı  |     12:50 İran internet qadağalarını ləğv etməyə hazırlaşır  |     12:30 İlham Əliyev Ağakərim Səmədzadəyə YÜKSƏK VƏZİFƏ VERDİ  |     12:24 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI - Video  |     11:50 Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb - Video  |     11:44 Yaponiya niyə Azərbaycanı seçdi? – Yeni enerji tərəfdaşlığının detalları  |     11:33 Bakı-Tbilisi qatarı yenidən açılır? – Minlərlə insanı maraqlandıran məsələ  |     11:31 Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk – Ölkələrin siyahısı  |     11:10 Minimum əməkhaqqı nə vaxt artırılacaq?  |     11:03 Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi  |     23:01 ABŞ-də təyyarə okeana düşdü  |     22:54 Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO  |     22:47 İran Hörmüz boğazı üzərində tam strateji nəzarəti elan etdi  |     22:40 Azərbaycanda ev siçanları hantavirus yaya bilər? - AÇIQLAMA  |     22:35 Daha bir xəstəxananın direktoru və müavini işdən çıxarıldı - FOTO  |     22:27 Donald Trampın qızılı telefonunun satışına bu həftə başlanacaq  |     22:22 Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu  |     22:15 Rusiyada qəbulu planlaşdırılan qərar gündəm oldu: Kimlərə vətəndaşlıq verilməyəcək?  |     22:10 İctimai nəqliyyatda bir ilk: Üztanıma ilə ödəniş tətbiq olunacaq  |    
Left Banner
Right Banner

MSK lider namizədin şikayətini təmin etmədi

25.02.2020 19:52 2 143
MSK lider namizədin şikayətini təmin etmədi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 16 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Erkin Qədirlinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə 1, 4, 11, 13, 21, 27, 28 və 29 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir seçki məntəqəsində qanun pozuntusu aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Erkin Qədirlidir.скачать dle 11.3
Mojo.az Banner