MSK sədri Qubad İbadoğlunun qızının döyülməsi ilə bağlı yayılan videodan danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |    

MSK sədri Qubad İbadoğlunun qızının döyülməsi ilə bağlı yayılan videodan danışdı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov 76 saylı Lənkəran-Astara seçki dairəsində seçki günü müşahidəçinin döyülməsi ilə bağlı yayılan videodan danışıb.

Median.Az
-ın oxu.az-a istinadən xəbərinə görə, M. Pənahov müşahidəçi Jalə Bayramovanın döyülməsini əks etdirən videonu izlədiyini bildirib:

“Videoda digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin. O isə xəbərdarlığı qulaq ardına alaraq, çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb”.

MSK sədri bildirib ki, görüntüləri sosial şəbəkələrdə yayıb, bütün dünyaya çatdırırlar ki, həmin xanımı döyüblər, şikayət ediblər:

“Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kiminsə çəkməsinə icazə verməsin. Videoya çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib”.

Qeyd edək ki, Jalə Bayramova iqtisadçı ekspert Qubad İbadoğlunun qızıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 135 20.02.20 20:13