Mojo.az Banner
23:00 Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - Video  |     22:30 https://youtu.be/L3z77U64oZo?si=RbhIetcR0UsQfF9h  |     22:20 Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Kəskin bahalaşacaq?  |     21:59 Hikmət Hacıyev: Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir  |     21:42 Bakıda hava pisləşəcək - Bu tarixdən  |     21:30 Gənc boksçu faciəvi şəkildə ÖLDÜ  |     21:18 20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı  |     21:05 Hakimlərin Seçki Komitəsinin məlumatı  |     21:04 "14 fevral milyardlarla dollarlıq dövriyyə yaradır" - İqtisadçı  |     20:57 Çoxmənzilli binalarda idarəetmə problemi  |     20:49 Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi - Video  |     20:44 "Hyundai" mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı  |     20:26 Sumqayıtda 11500 manatlıq dələduzluq edən 68 yaşlı kişi TUTULDU  |     20:18 Bakıda böyük REYD: qayda pozanlar cərimələndi - Video  |     20:05 Gənc boksçu faciəvi şəkildə öldü  |     19:54 Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı, iş açıldı  |     19:47 Bütün ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı  |     19:39 Natrium əvəzinə litium: Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər  |     19:36 Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır  |     19:28 Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı  |    
Left Banner
Right Banner

Ermənilərdən Rusiyada təhqiredici irqçi hücum - VİDEO

19.02.2020 22:14 3 603
Ermənilərdən Rusiyada təhqiredici irqçi hücum - VİDEO
Sosial şəbəkələrdə erməni neonasistin gənc cütlüyə hücum anının görüntüləri yayılıb. Hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.

Bu barədə “Çarıqrad” telekanalı xəbər yayıb.

Kadrlarda erməni gəncin kafedə istirahət edən iki sevgiliyə yaxınlaşdığı görünür. Qızdan erməni olub-olmadığını soruşanda, o, müsbət cavab verib, oğlan isə rus olub.

Bundan sonra o, cütlükdən niyə birlikdə istirahət etdiklərini soruşmağa başlayıb və sonra qızın atasının telefon nömrəsini tələb edib. Qız imtina etdikdə isə erməni onun tərəfə stəkanlar atmağa başlayıb

Qız anasının rus, atasının erməni olduğunu izah etdikdən sonra nasist onu “zibil” və “millətin üz qarası” adlandırıb.

Məlumata görə, gənclərə hücum edən Adam Askoyan “AspeT” erməni neonasist qrupunun lideridir. O da vurğulanır ki, “AspeT” qrupu 2019-cu ilin yayında yaradılıb. Təşkilata girən gənclər öz qurbanlarını sosial şəbəkələrdə axtarır və onların ovuna çıxırlar.

Rəsmi mənbələr və erməni diasporunun nümayəndələri hələ ki məsələ ilə bağlı şərh verməyib.скачать dle 11.3
Mojo.az Banner