Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı

Çinin şərqində Tayçjou əyalətində koronavirusla mübarizədə təsirli ola biləcək ilk dərmanın istehsalına başlanılıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, “Zhejiang Hisun Pharmaceutical” şirkəti tərəfindən hazırlanmış “Faveylavey” dərmanı (əvvəllər “Favipiravir” ya da “Fapilavey”) Çinin Dövlət Dərman vəsaitlərinə və Qida məhsullarına nəzarət İdarəsi tərəfindən təsdiq olunub.

İstehsal edilən dərmanın koronavirusun müalicəsində və qarşısının alınmasında mühüm rol oynaya biləcəyi qeyd olunur.

Çin Elm və Texnologiya Nazirliyi yanında Milli Biotexnoloji İnkişaf Mərkəzinin direktoru Çjan Sinmin tədqiqatlar zamanı bir neçə növ dərmanın, o cümlədən “Remdesivir” və Yaponiyada istehsal olunan “Favipiravir” dərmanının koronavirusun müalicəsində klinik effekt göstərdiyini bildirib.

O, koronavirusa qarşı peyvəndin hazırlanmasını sürətləndirmək üçün müxtəlif texnoloji yanaşmalardan istifadə edildiyini və bir sıra peyvəndlərin artıq heyvanların üzərində sınaqdan keçirildiyini də diqqətə çatdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            901 17.02.20 16:55