Mojo.az Banner
13:39 Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur  |     13:24 Gəncədə "BakuBus"a məxsus avtobus PİYADANI VURUB  |     13:09 Bakıda gənc oğlan küçədə infarktdan öldü  |     13:01 "Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib  |     12:53 Onların müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq  |     12:48 Pensiyaçılara şad xəbər  |     12:20 Şuşa, Xankəndi və Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib (Video)  |     12:08 Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video  |     12:07 Azərbaycan nefti ucuzlaşıb  |     12:06 "Ailə Park"ın səhlənkarlıqda təqsirləndirilən direktoru ilə bağlı qərar ləğv edildi  |     12:01 Zakir Fərəcov yayılan görüntülərlə bağlı İCLAS KEÇİRDİ: Samir Bədəlova XƏBƏRDARLIQ EDİLDİ  |     11:51 Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar  |     11:49 Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı  |     11:47 Azərbaycanda cibdə qatlanan bıçaq gəzdirmək qadağan oluna bilər - DEPUTATDAN TƏKLİF  |     11:39 Azərbaycanda satılan uşaq qidasında ÇİRKLƏNDİRİCİ aşkarlandı (FOTO)  |     11:34 Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar  |     11:30 Leyla Əliyeva Davos səfərindən paylaşım etdi - FOTO  |     11:21 Bakıda ağır qəza: Ölən var  |     11:16 Qəbul və buraxılış imtahanlarının VAXTI AÇIQLANDI  |     23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |    
Left Banner
Right Banner

Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı

15.02.2020 15:11 4 665
Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı
Çində tüğyan edən koronavirus epidemiyası göstərir ki, viruslar bəşəriyyət üçün daim təhlükə yaradır. Onların bəzilərinə qarşı müntəzəm olaraq vaksinlər hazırlana bilir. Lakin bu proses çox vaxt aparır və hər kəsə kömək etmir, eləcə də yeni viruslara qarşı müdafiə etmir.

Massaçusets Ümumi Profilli Xəstəxanasının (ABŞ) alimləri Almaniyanın Heydelberq Xərçəng Araşdırma Mərkəzindən olan həmkarları ilə birlikdə apardıqları tədqiqatlar nəticəsində əksər virusların zəif tərəfini müəyyən edə biliblər.

“Cell Reports” jurnalında yerləşdirilən press-relizə əsasən, bu, “Argonaute” qrupuna daxil olan AGO4 zülalıdır.

Alimlər siçanlar üzərində “Argonaute” zülalının virusəleyhinə təsirini öyrənən zaman aydın olub ki, tərkibində AGO4 zülalı az olan hüceyrələr qrip də daxil olmaqla, müxtəlif virus infeksiyalarına qarşı hiperhəssasdırlar. Bir sözlə, AGO4 zülalının miqdarının az olmağı məməlilərin hüceyrələrinin virusa yoluxma ehtimalını artırıb.

Beləliklə, tədqiqatçılar nəticəyə gəliblər ki, bu zülalın miqdarının artırılması immun sistemini bərkitməyə kömək və əksər viruslardan müdafiə edə bilər .

Press-relizə əsasən, tədqiqatlar hələ davam etdirilir.скачать dle 11.3