Çox işlədiyi üçün həmkarları tərəfindən döyülüb öldürüldü - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Çox işlədiyi üçün həmkarları tərəfindən döyülüb öldürüldü - FOTO

Türkiyənin İstanbul şəhərində bir neçə şəxs iş yoldaşlarını döyərək öldürüblər.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 21 yaşlı Xəlil Kiraz Maltəpədə iş yoldaşları tərəfindən döyülüb.

Belə ki, hoteldə işləyən X.Kirazın “çox işləməsi” mövzusu onunla iş yoldaşları arasında mübahisəyə səbəb olub. Mübahisə böyüyüb və beş nəfər iş yoldaşı X.Kirazı döyüblər.

Huşunu itirmiş Kiraz xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib və beş ay sonra orada vəfat edib.

İş yoldaşları onun yıxılaraq yaralandığını desələr də, onu döyməkdə və ölümünə səbəb olmaqda şübhəli bilinən həmin şəxslər - Batuhan A., İslam K., Kerem N., Erkal Ç., Ufuk K. saxlanılıb.

İstintaq prosesində onların X.Kirazı hoteldə çox işlədiyi üçün döyərək ağır yaraladıqları və pilləkənlərdən aşağı itələdikləri məlum olub.

Onlar əvvəl də X.Kirazla “sən çox işləyib pis nümunə olursan, müdir bizim də sənin qədər işləməyimizi istəyir”, - deyə dava ediblər.  


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 183 14.02.20 21:11