Antarktidada anomal istilər müşahidə olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda


Antarktidada anomal istilər müşahidə olunur
Braziliyalı alimlər Antarktidada yeni temperatur rekordunu qeydə alıblar.

“The Guardian” xəbər verir ki, Seymur adasında havanın temperaturu +20,75 dərəcəsinədək yüksəlib.

Qeyd etmək lazımdır ki, fevralın altısı argentinalı alimlər “Esperanta” bazasında havanın temperaturunun +18,3 dərəcəsinə qalxmasını təsbit etmişdilər.

Məlumata əsasən, isti hava Antarktidanın bütün bölgələrində qeydə alınıb.

Qeyd etmək lazımdır ki, Ümumdünya Meteoroloji Təşkilatı bu qeydləri təsdiq etməlidir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          534 14.02.20 13:29