Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır

İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaralar kəndi ərazisində yerləşən fermada qeydə alınıb.

Belə ki, həmin fermanın çobanı - Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Mahmud oğlu Ağayev, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Səyalı Sarış qızı Ağayeva və ailənin 15 yaşlı qız övladı Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra ər və arvad Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin həkimlərin səylərinə baxmayaraq S.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda M.Ağayevin Bakıda, qızının isə İmişlidə müalicəsi davam etdirilir. Lakin hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, zəhərlənmə evdə konservləşdirilmiş pomidor turşusundan olub. Belə ki, iki gün öncə ailənin hər üç üzvü pomidor turşusu yeyib, bir gün sonra isə vəziyyətləri pisləşib. Nəticədə bu gün səhər saatlarında ailənin hər üç üzvü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 622 12.02.20 21:53