Azərbaycandan qayıdarkən müsadirə olunan tutuquşusuna 162 gün sonra qovuşdu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Azərbaycandan qayıdarkən müsadirə olunan tutuquşusuna 162 gün sonra qovuşdu - VİDEO

Azərbaycana gəzməyə gələn Türkiyənin məşhur aktyoru Nazim Cihan vətəninə qayıdarkən Gürcüstan sərhəddində müsadirə olunan “Paşa” ləqəbli tutuquşusuna 162 gündən sonra qovuşub.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Bildirilir ki, bir sıra film və seriallardakı rolları ilə sevilən məşhur aktyorun hər zaman yanında gəzdirdiyi tutuquşusu sənədlərlə bağlı problem yarandığı üçün əlindən alınmışdı. Bu səbəbdən hüquqi prosedura başlayan Nazim Cihan məhkəmədə qalib gəlib.

O, başına gələnlər barədə bunları deyib:

“Azərbaycana gəzməyə getmişdim. Keçəndə heç bir problem olmur. Gürcüstandan keçirəm. 13 gün Azərbaycanda qaldım. 2019-cu il avqustun 27-də Gürcüstan sərhəddində gömrük əməkdaşları saxlayaraq, sənədlərində problemi olduğunu bildirdi. CİTES sənədi əskik imiş. Gedəndə problem olmur, çıxanda olur? Anlamıram. Sonra müsadirə etdilər. Xeyli mübarizə apardım. Türkiyə səfirliyi və konsulluğu da xeyli kömək etdi. Təşəkkür edirəm”.

O, bu müddətdə Gürcüstanda zooparka qoyulan tutuquşusunu görmək üçün yeddi dəfə bu ölkəyə getdiyini bildirib:

“Çünki bu, mənim heyvanımdır. Beş ildir mən baxıram, qayğısına qalıram. Zooparkda stress içində olan daha üç tutuquşu var idi. Gürcüstan öz heyvanlarına belə baxa bilmir”.

Məhkəməyə baş vurmaq üçün vəkil tutduğunu və sonunda ədalətin zəfər çaldığını bildirən Cihan tutuquşusunun onu görəndə çox sevindiyini deyir:

“Paşa məni görəndə çox sevindi: “Nazim, Nazim” deyə səsləməyə başladı. Çox sevinir. Övladım kimi. Yanımda gəzdirirəm. Geri ala bilməyəcəyim qorxusu ilə yuxusuz qaldığım gecələr oldu”.

Aktyorun dediyinə görə, sosial şəbəkələrdə “Metrobusda “Allah” deyən tutuquşu”, “İstanbulun Paşası” videoları ilə tanınan tutuquşunun qaytarılmasına sakinlər də çox sevinib.

“Vətəndaşlarımız da tanıyır. Çox sevindilər. “Paşa gəlib” deyirlər. Paşanı tanımayan yoxdur. Paşa da sevindi”, - deyə aktyor bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 939 12.02.20 20:26