Həbs edilən sabiq icra başçılarından XƏBƏR VAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Həbs edilən sabiq icra başçılarından XƏBƏR VAR

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirib.

Bu barədə Trend-ə komitə sədri Tural Hüseynov məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı orada saxlanılan şəxslərin səhhəti, saxlanma şəraiti, rəftar və digər zəruri məsələlərlə maraqlanıblar:

“Monitorinqi komitənin sədr müavini Elçin Şirinovla keçirdik. Saxlanılan şəxslərdən əsasən Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini olmuş Ramiz Tatarov, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov və “Xəbərman” qəzetinin baş redaktoru Polad Aslanovla görüşdük.

Ümumiyyətlə, təcridxanada saxlanılan şəxslərin hər biri ilə fərdi görüşüb onların vəziyyəti ilə maraqlandıq. Heç bir saxlanılan, saxlanma şəraiti, qida, rəftar və digər məsələlərdən şikayət etmədi.

Nizaməddin Quliyev təcridxanada mütaliə ilə məşğuldur, özünü yaxşı hiss edir, Qoca Səmədov saxlanma şəraiti və qidadan razılıq edir, Ramiz Tatarov da heç nədən narazı deyildi. Bununla yanaşı, Fəxrəddin Abbasov və Polad Aslanov da saxlanma şəraitindən razıdır.

Saxlanılan şəxslər olan kameralar hər şəraitlə təmin olunub, kameralarda televizorlar da var idi. İstilik sistemi, rahatlığı normaldır, ayrılmış vaxtlarda gəzintiyə çıxırlar. Saxlanılan şəxslər dedilər ki, hər şey normaldır, ailə üzvləri ilə ayda iki dəfə, vəkillə istədikləri vaxt görüşürlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            962 12.02.20 16:15