Bakıda atasını baltalayan qadın psixoloji müalicə alacaq - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |    

Bakıda atasını baltalayan qadın psixoloji müalicə alacaq - MƏHKƏMƏ

Bakıda atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibovanın barəsində olan apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, təqdimat təmin olunub.

Xatırladaq ki, A.Həbibova Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cinayət məsuliyyətindən azad olunub, ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə keçirilməsinə dair təqdimatın təmin edilməsini istəyib.

Məhkəmə onun vəsatətini təmin etməyib. Qərardan narazı qalan qadın apellyasiya şikayəti verib.

İttiham aktına əsasən, cinayət hadisəsi 2017-ci il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib. Həmin ünvanda ailə münaqişəsi zamanı A.Həbibova atası - 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub. C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. A.Həbibova 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 286 11.02.20 19:10