Mojo.az Banner
18:44 Sabunçuda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb  |     18:31 Azərbaycanda qəribə HADİSƏ: 35 yaşlı kişi elektrik dirəyinə çıxdı, iki rayon İŞIQSIZ qaldı  |     18:03 Vasif Məmmədəliyevin xanımı vəfat etdi  |     17:47 Azərbaycanda kimlər erkən pensiya hüququ qazana biləcək?  |     17:21 Mərkəzi Bankdan 3 manatlıq əsginaslarla bağlı iddiaya RƏSMİ CAVAB  |     17:03 Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı  |     16:32 Gürcüstandan heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırıldı  |     16:17 Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi  |     15:58 Məmməd İbrahimli həbs edildi  |     15:48 Xəzərdə su səviyyəsi endi, ov mövsümü BAŞA ÇATDI  |     15:40 Brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb  |     15:25 Naxçıvanın səhiyyə naziri İŞDƏN ÇIXARILDI - Vəzifəsi yeni müavinə TAPŞIRILDI - FOTO (Yenilənib)  |     14:49 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     14:44 Narkokuryerlərin "meyvə satıcısı" kimi davranmaq cəhdləri alınmadı: Polis tərəfindən ifşa olundular - Video  |     14:42 Masallıda 1 300 abonentin qazı kəsiləcək  |     14:29 Dənizkənarı Milli Parkda Yeni il yarmarkasının açılışı olacaq  |     13:54 Məmməd İbrahimli də hakimiyyəti ələ keçirmə maddəsi ilə ittiham olunur  |     13:39 Bakıda 10 mərtəbəli universitet binasında söküntü - 25 milyona yenisi tikiləcək  |     13:34 Yanğında həyatını itirən Könül Vəlibəylinin xəsarət alan qızının durumu açıqlandı  |     13:29 Səfərbərlik Xidmətinin zabitinin kassasiya şikayəti geri götürülüb  |    
Left Banner
Right Banner

Koronavirusla bağlı metroda zarafat etdi, aləm bir-birinə dəydi - Video

10.02.2020 20:08 1 714
Koronavirusla bağlı metroda zarafat etdi, aləm bir-birinə dəydi - Video
Çinin Vuhan şəhərində çəkilmiş fotolardan birində küçədə yerə yıxılan adamlara başqalarının yaxınlaşmadığı görünürdü. Moskva metrosunda təxminən belə mənzərə yaranıb.

Median.Az xəbər verir ki, Rusiya paytaxtında koronavirusla bağlı zarafat edən şəxs həbs olunub. Metroda çəkilən videoda gənc oğlanın yerə yıxılıb virusa yoluxma imitasiyası etdiyi görünür. Əvvəlcə iki nəfər ona kömək etmək fikrinə düşür. Yerə yıxılanın titrədiyini görəndən sonra isə vaqonu cəld tərk etməyə tələsirlər.

Ümumiyyətlə, oğlanın zarafatı hadisənin baş verdiyi “Polejayevskaya” stansiyasında qarışıqlıq yaradıb. Sözün əsl mənasında aləm bir-birinə dəyib. Sərnişinlər əvvəlcə vaqonları, sonra metronu tərk etməyə başlayıblar. Məsələyə polis müdaxilə edib. Oğlan həbs olunub. Ona xuliqanlıqla bağlı cinayət işi açılıb.

Dünyada 40 min nəfərdən çox koronavirusa yoluxmuş şəxs var. Bu virusa görə 910 nəfərin həyatını itirdiyi bildirilir.скачать dle 11.3