10 yaşlı Nərminin qətlində adı hallanan Altay danışdı: “Gəlsinlər, desinlər, mən kimə sataşmışam” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

10 yaşlı Nərminin qətlində adı hallanan Altay danışdı: “Gəlsinlər, desinlər, mən kimə sataşmışam” - VİDEO

Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı istintaq tərəfindən araşdırılır.

Səs yazısında adı hallanan Altay Ələkbərovsa Baku TV-yə danışıb.

Altay Ələkbərov bildirir ki, son günlər sosial şəbəkələrdə yayılan səs yazısı həqiqətləri əks etdirmir.

Altay Ələkbərovun sözlərinə görə, səs yazısını yayan Qabil adlı şəxs Tovuz rayonunun Qazqulu kəndindədir. O, işə düzəltmək adı ilə kənd sakinlərinin pullarını mənimsəyib və ölkədən qaçıb.

Altay Ələkbərov - səs yazısında adı hallanan şəxs deyir:

“Gəlsinlər desinlər görək, mən silahla kimə sataşmışam ki? Görün, mənim evimdə zirzəmi varmı? Mənim evimlə hadisə yeri arasında 2 km məsafə var”.

Müsahibimizin sözlərinə görə hüquq mühafizə orqanı əməkdaşları tərəfindən istintaq zamanı qonşularla bərabər onun evi dəfələrlə yoxlanılıb. Üstəlik, səs yazısı çıxandan sonra o könüllü olaraq prokurorluğa gedib və ona qarşı atılan şər və böhtan xarakterli məlumatların araşdırılmasını, günahkarların tapılaraq cəzalandırılmasını xahiş edib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 012 06.02.20 22:09