Bakıda mənzildən 37 min manat oğurlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Bakıda mənzildən 37 min manat oğurlanıb

Yanvarın 30-da Bakının Nizami rayonunda külli miqdarda oğurluq hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat daxil olub.

Naxçıvani küçəsində yerləşən evdə yaşayan 59 yaşlı Zəfər Yunusova məxsus mənzildən 10 min manat və 16 min dollar (27,200 AZN) oğurlanıb.

Məlum olub ki, cinayətkar qapı kilidinin açarını götürərək mənzilə daxil olub. Bu hadisə səhər ev sahibinin evdə olmadığı iki saat ərzində baş verib.

Bu hal oğrunun zərərçəkənin gündəlik qrafikini öyrəndiyini göstərir. Güman edilir ki, oğurluq gürcü “qastrolçuları” tərəfindən yox (qapı kilidinə uyğun açarının seçilməsi onların sevimli üsuludur), tanış şəxs tərəfindən törədilib.

Faktla bağlı 24-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hələlik həbs olunanlar yoxdur.

Qeyd edək ki, həmin gün Nizami rayonunda, Babək prospektində yerləşən mağazada daha bir oğurluq hadisəsi törədilib.

Orada işləyən 47 yaşlı Vəli Abbasovun pencəyinin cibindən altı min manatı oğurlanıb. Həmin şəxs pencəyini yardım otağında asıbmış. Saat 13: 00-da o, pulunun oğurlandığını bilib. Şübhəli şəxsin kimliyi hələ müəyyən edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 365 01.02.20 17:26