Mingəçevirdə qəzalı vəziyyətdəki yataqxana sakinləri yeni mənzillərə köçürüləcəkmi? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Mingəçevirdə qəzalı vəziyyətdəki yataqxana sakinləri yeni mənzillərə köçürüləcəkmi? - AÇIQLAMA

Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən, 33 ailənin yaşadığı qəzalı vəziyyətdə olan yataqxana barədə məlumat vermişdik.

Yataqxana sakinləri antisanitariyanın hökm sürdüyü bu məkandan nə zaman köçürüləcəkləri ilə bağlı suallarına cavab axtarırlar.

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Oxu.Az-ın mövzu ilə əlaqədar suallarını Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev cavablandırıb.

O bildirib ki, yeni salınmış yaşayış komplekslərinə hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülür:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir.

Yeni salınmış yaşayış komplekslərinə hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülür. Mingəçevir şəhərində qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı var.

Komitənin yerli nümayəndəliyi daim onlarla maraqlanır. Dövlət Proqramına uyğun olaraq, Mingəçevir şəhərində yeni qəsəbə istifadəyə veriləndə onların yeni mənzillərə köçürülməsi məsələsinə baxıla bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            881 27.01.20 18:18