Mojo.az Banner
18:35 İranda qrip sürətlə yayılır - Ölən var  |     18:29 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     18:20 Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı VERİLƏCƏK  |     18:16 Azərbaycanda iş adamının 29 yaşlı qızı qəfil öldü  |     18:12 Şəmkirdə 23 nəfərin düşdüyü qəzanın TƏFƏRRÜATI  |     17:44 Qubada toyda DAVA: Ofisiantla kobud danışan qonaq DÖYÜLDÜ  |     17:34 Sumqayıtda "mebel alqı-satqısı" adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxslər tutulub  |     17:27 Sabah Bakıda leysan olacaq - Xəbərdarlıq  |     17:24 Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi  |     17:12 İranın xarici işlər naziri Azərbaycana səfər edəcək  |     17:02 Bu il yığılan verginin həcmi açıqlandı  |     17:00 Kəlbəcər və Laçındakı yanğının söndürülməsi üçün helikopterlər cəlb olundu - Video  |     16:46 Azərbaycanda futbolçu hakimə ayaqla zərbə vurub - AĞIR CƏZA  |     16:33 Paşinyan: "Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistana turist axınının artmasına səbəb olub"  |     16:25 Əbülfəs Qarayevin qızı görkəmli şairəmizi əxlaqsız qadın kimi təqdim etmək istəyirmiş  |     16:11 UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb  |     15:54 Azərbaycanda yeni mükafat təsis ediləcək - Məbləği 50 min manat  |     15:52 İnterpolun tutduğu Qədir Ədilov şikayətçiləri günahlandırdı: "Əsl zərərçəkən mənəm"  |     15:48 Paşinyan: "II Qaregin Erməni Apostol Kilsəsinə dəhşətli ziyan vurur"  |     15:26 1,8 milyon manatlıq "Azərşin"in ləğvi ilə bağlı komissiya yaradılır  |    
Left Banner
Right Banner

Müsəlmanlara qarşı ayrıseçkilik edən hava yolu şirkəti cərimələndi

25.01.2020 20:28 1 620
Müsəlmanlara qarşı ayrıseçkilik edən hava yolu şirkəti cərimələndi
ABŞ-ın müsəlmanlara ayrıseçkilik edən “Delta Airlines” şirkəti 50 min dollar cərimələnib.

AA xəbər verir ki, ABŞ Nəqliyyat Nazirliyinin verdiyi qərara görə, hava yolu şirkəti bu hərəkəti ilə qanunları pozub.

Belə ki, bir dəfə 2016-cı ilin iyulunda Faisal və Nazia adlı cütlük təyyarəyə minərkən sərnişinlərdən biri onlardan şikayət edib. Həmin sərnişin qadının hicablı olması, kişinin isə telefonunda mesaj yazarkən tez-tez “Allah” sözünü yazdığını gördüyünü deyib. Buna görə də təyyarənin ekipaj heyəti həmin cütlüyü təyyarədən endiriblər.

İkinci hadisə isə Hollandiyanın paytaxtı Amsterdamda olub. Bu dəfə də sərnişinlər müsəlman sərnişindən şikayət ediblər. Pilot onunla bağlı hər hansı narahatlıq doğuran hal olmadığını bildirsə də, sərnişinlərin tələbi ilə müsəlmanı təyyarədən düşürüblər və onun əyləşdiyi oturacağın ətrafında axtarış aparılıb.

Nəqliyyat Nazirliyi bu hərəkətlərə görə “Delta Airline” şirkətini 50 min dollar cərimələyib, bu hadisələrdə iştirak edən ekipaj üzvlərinin isə məcburi olaraq “mədəni həssaslıq” kursu keçməsinə qərar verib.скачать dle 11.3