Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

1,8 milyon manatlıq "Azərşin"in ləğvi ilə bağlı komissiya yaradılır

04.12.2025 15:26 375
1,8 milyon manatlıq
Gələn il yanvarın 21-də "Azərşin" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İclasda "Azərşin" ASC-nin ləğv edilməsi barədə qərar qəbul ediləcək. Eləcə də Ləğvetmə Komissiyası yaradılacaq.

Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. "Azərşin" 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1.789 milyon manatdır.

Bildirək ki, iki il əvvəl "Azərşin" səhmdarları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi qarşısında etiraz edərək zavodun onlardan gizli satıldığını iddia edirdilər. Eləcə də zavodun ərazisindəki sexlərdən daxil olan icarə haqlarından onlara faiz verilməyidiyini irəli sürürdülər.

Qeyd edək ki, zavod ərazisində mebel, qapı və digər avadanlıqların istehsalı ilə məşğul olan sexlər var. Həmin sexlər də zavod rəhbərliyindən şikayət edirlər. Nəzərə çatdıraq ki, zavod kompleksi üç iri müəssisədən ibarətdir: BMC, "Azərşin" ASC və Elektrik tökmə zavodu. İddialara görə, Xanlar Süleymanovun qudası Elektrik tökmə zavoduna, qızının həyat yoldaşı isə BMC-yə rəhbərlik edirlər.

İqtisadçılara görə, zavod uzun illərdir fəaliyyətsizdir. Halbuki şin istehsalı üçün Azərbaycan nefti çox uyğundur. İtaliyanın "Pirelli" təkərləri Azərbaycan neftindən istehsal olunur. Yəni İtaliya Azərbaycandan bareli 70 dollara aldığı neftdən istehsal etdiyi təkərləri 300-500 dollara satır.скачать dle 11.3
Mojo.az Banner