Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın məşhur zavodu yenidən zərərlə işləməyə başlayıb

11.06.2021 16:55 1 299
Azərbaycanın məşhur zavodu yenidən zərərlə işləməyə başlayıb
“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC 2020-ci ili 407 min manat zərərlə başa vurub. Halbuki, zavod 2019-cu ildən 87 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il səhmdar cəmiyyəti 738 min manat gəlir əldə edib. Bu isə əvvəlki illə müqayisədə 2,1 dəfə azdır. Hesabat dövründə qurumun xərcləri isə 21 % azalaraq 1,145 milyon manata düşüb.

Bu il yanvarın 1-nə “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu”nun aktivləri 18,498 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,2 % azdır. O cümlədən zavodun öhdəlikləri 0,7 % azalaraq 5,776 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 12,723 milyon manat olub.

Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb. Məşhur zavodun nizamnamə kapitalı 11,855 milyon manatdır.скачать dle 11.3
Mojo.az Banner