Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02.09.2025 20:19 966
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 2024-cü ili 32,25 milyon manat zərərlə başa vurub.

Median.Az
Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,8 % azdır.

Bununla belə, "Azərkosmos"un yığılmış zərəri 9,3 % artaraq 379,574 milyon manata çatıb.

Ötən il "Azərkosmos"un göstərdiyi xidmətdən gəlirləri 37,694 milyon manat (əvvəlki ilə nisbətən 8,5 % az), xidmətinin maya dəyəri 38,151 milyon manat (6,5 % az), ümumi və inzibati xərcləri 22,447 milyon manat (34,8 % az), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəlirləri 112 min manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 12,742 milyon manat (19,6 % az), maliyyə gəlirləri 6,418 milyon manat (7,3 % az), xarici valyuta gəlirləri 1,428 milyon manat (əvvəlki il zərər olub), digər xərcləri isə 4,562 milyon manat (44,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərkosmos"un aktivləri 502,675 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 15,5 % azalaraq 264,825 milyon manata düşüb, balans kapitalı isə 21,9 % artaraq 237,85 milyon manata, o cümlədən nizamnamə kapitalı 60,2 % artaraq 473,606 milyon manata çatıb.

Xatırladaq ki, Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.скачать dle 11.3

Son xəbərlər