Əgər bu hal sizdə 2-3 gündən artıq davam edirsə, həkimə müraciət edin » Median.Az - Bütün xəbərlər bir ünvanda


Əgər bu hal sizdə 2-3 gündən artıq davam edirsə, həkimə müraciət edin
Qış depressiyası özünü ümidsizlik, istəksizlik, yorğunluq, halsızlıq, yuxusuzluq, iştahın azalması və ya artması, dəyərsizlik və günahkarlıq hissi, diqqəti toplamada çətinlik, yaşamaqdan bezmək və s. bu kimi psixoloji pozuntularla, əlamətlərlə göstərir.

Son günlər şəhərdə hər kəsin üzündə bir kədər, bir hüzn hiss edilir. İnsanların üzü gülmür. Qara-boz geyimli insanlar gülməyən simalar həyatı daha da monotonlaşdırır.

Mütəxəssislərin fikrincə, qış aylarında havalar qapalı, qaranlıq, günəş işığı olmadan keçdiyi üçün bu depressiyaya səbəb olur.

Qış depressiyasına daha çox qadınlar yaxalansa da, kişilər də bu xəstəlikdən yaxa qurtara bilmir. Mövsümü xarakter daşıyan bu xəstəlik yaz aylarının əvvəllərində keçir.

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, depressiya özünü kefsizlik, istəksizlik, halsızlıq, yorğunluq və tükənmişlik hissi ilə büruzə edir. Bu zaman yuxu və qidalanma balansı da pozulur. İki-üç həftədən çox davam edən bu hal qış depresiyasının əlamətidir.

"Qışda azalan günəş şüaları, xoşbəxtlik hormonu hesab ediən serotoninin yaranmasını azaldır. Bu da beyində dəyişikliklərə və depresiyanın yaranmasına səbəb olur. Qeyd etmək lazımdır ki, depressiya qadınlarda kişilərdən 4 dəfə çox olur" – o bildirib.

Psixoloqun sözlərinə görə, depressiyaya yoluxmamaq üçün bir neçə prosedura əməl etmək lazımdır.

"Depressiyaya yoluxmamaq üçün yuxu çox önəmlidir. Buna görə də yatan zaman yatdığınız otağın çox isti olmamasına fikir verin. Çalışın ki, otağınız qaranlıq olsun və əlavə səs olmasın. Yatdığınız zaman mobil telefonunuzu yatağınıza yaxın qoymayın" - deyən psixoloq xatırladıb ki, yuxu zamanı kənar təsirlər melatonin hormonunun azalmasına, bu isə öz növbəsində depressiyaya və stresə səbəb olur.

Araşdırmalara görə, yaxşı yuxu yatan şəxslər depressiyaya daha az meyilli olur.

Qış aylarında günəş işığı az olsa da, depresiyaya yoluxmamaq üçün daha çox günəş şüaları qəbul etmək lazımdır: "Çalışın ki, qapalı məkanlarda çox qalmayasınızş Özünüzü evə həbs etməyin. Xüsusilə səhər və günorta saatlarında 30 dəqiqə gəzmək serotonin hormonunun yaranmasına səbəb olur".

Həkim-terapevt Məlahət Abbasova isə bildirir ki, qışda depressiyadan uzaq olmaq üçün daha çox hərəkətdə olmaq lazımdır. Onun sözlərinə görə, həftədə 3 dəfə yarım saat belə olsa idmanla məşğul olmaq insanı depressiyadan qoruyur: "Qidalanmaya fikir vermək çox önəmlidir. Bacardıqca çox meyvə-tərəvəz yeyin. Bitki çaylarından çox istifadə edin. Belə günlərdə serotonin ifrazı azaldığı üçün bədənin xəmir və şirniyyata olan ehtiyacı artır. Bunun qarşıısnı almağa çalışın. Karbohidrat və şəkərli qidalardan uzaq durmağa çalışın. Çünki belə qidaların qəbulu kökəlməyə səbəb ola bilər"

Xatırladaq ki, qış depressiyası özünü ümidsizlik, istəksizlik, yorğunluq, halsızlıq, yuxusuzluq, iştahın azalması və ya artması, dəyərsizlik və günahkarlıq hissi, diqqəti toplamada çətinlik, yaşamaqdan bezmək və s. bu kimi psixoloji pozuntularla, əlamətlərlə göstərir.

Mütəxəssislər bildirir ki, əgər insan özü bu vəziyyətdən çıxa bilmirsə, psixoloqa müaciət etməlidir. Çünki zaman keçdikcə, depressiya ağırlaşa və daha ciddi fəsadlarla nəticələnə bilər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          719 25.01.20 19:27