Baş Nazir Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin Sədri təyin olunması münasibətilə təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |    

Baş Nazir Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin Sədri təyin olunması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə təbrik məktubu göndərib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, təbrikdə deyilir: “Hörmətli Mixail Vladimiroviç, Rusiya Federasiyası Hökumətinin Sədri təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusilə təqdirəlayiqdir. Əminəm ki, birgə səylərlə ölkələrimiz arasında strateji tərəfdaşlığı gücləndirməyə, hər iki tərəf üçün səmərəli olan ticarət-iqtisadi və investisiya əməkdaşlığını genişləndirməyə nail ola biləcəyik. Azərbaycan ölkələrimizin dost xalqlarının faydası üçün bütün sahələrdə Rusiya ilə konstruktiv dialoqa ümid edir”.

Baş Nazir Əli Əsədov Mixail Mişustinə cansağlığı, rifah və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 082 16.01.20 21:07