Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib - VİDEO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni xidməti mənzillərin təqdimetmə mərasimində iştirak edib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

İki hektardan çox ərazidə inşa edilən ailəli və subay hərbi qulluqçular üçün nəzərdə tutulan iki və üçotaqlı təmirli mənzillərdən ibarət binalar lazımi kommunikasiya sistemləri ilə təchiz olunub.

Ərazidə abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb.

Tədbir iştirakçılarını yeni mənzillərin verilməsi ilə bağlı təbrik edən Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların xidməti-məişət şəraitinin yaxşılaşdırılması ölkəmizin iqtisadi qüdrətinin və Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinə göstərdiyi yüksək diqqət və qayğısının təzahürüdür.

Mənzillər təqdim edilən hərbi qulluqçular bayram günü ailələrinə bəxş edilən sevincə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 386 01.01.20 17:11