Murad Arif Miri Yusifin müdafiəsinə qalxdı: Dörd ildə sənətimə 240 min manat xərclədim » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Murad Arif Miri Yusifin müdafiəsinə qalxdı: Dörd ildə sənətimə 240 min manat xərclədim

Dörd il ərzində sənətimə 240 min manat pul xərcləmişəm. Çətinlikdə olduğum zamanlarda iki il kirayədə yaşamışam.

Bu sözləri bəstəkar-müğənni Murad Arif sosial şəbəkə hesabında yazıb.

“Müğənninin qonorarı ona olan tələbat və onun öz işlərinə xərclədiyi maliyyə ilə tənzimlənir. Camaat böyük heyətlə oturub strategiya cızır, plan qurur.

İlə ən azı üç və ya dörd video çıxaran, onu promo edən, azı iki və ya üç konsert verən müğənni 250-300 min manat pul xərcləyir. Hərdən ziyanımıza da işləyirik.

2014-2018 illərdə yazdırdığım, çəkdirdiyim bütün işlərə 240 min manat pul xərcləmişəm. Amma hər ərsəyə gətirdiyimiz iş pul qazandırmır. Həmçinin, uğur qazandırmayan mahnılar da olur. Xüsusən birinci il risklə çalışdım. İki il kirayədə yaşadım, amma mahnılarıma və arzularıma güvəndim”, - deyə müğənni bildirib.

Murad Arif həmkarları Miri Yusif, Aygün Kazımova, Tünzalə Ağayeva, Röya Ayxanın sənətlərinə ondan üç-beş qat artıq pul xərclədiyini qeyd edib:

“Qonorarları müzakirə edəndə, bunu da deyin! Niyə bu adamların sayəsində bütöv bir sektor işləyir və dolanır? Bəstəkarlar, söz yazarları, aranjımançılar, studiyalar, rəqqaslar, işıqçılar, operatorlar, rejissorlar, dizaynerlər, köməkçilər kimi böyük bir heyət ayaqda durur. Daha bəziləri kimi, o kanal sənin, bu kanal mənim, hər dəxilsiz mövzuyla, repertuarın, öz hitlərin olmadan, sənətə pul xərcləmədən gündəmdə olmağa nə var ki? Başqasının pulunu saymaq, iş prinsipini tənqid etmək ədəbdən deyil... Etməyin!”

Qeyd edək ki, ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində meyxanaçı Samirə Yusifqızı Xalq artisti Miri Yusifi təkəbbürlü olmaqda ittiham edərək, onun aşağı səviyyəli restoranlara getmək istəmədiyini və toyda yarım saat çıxış etmək üçün 6500 manat istədiyini bildirib.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 355 24.12.19 16:38