Bakıda keçmiş məhkumlar fahişəliklə məşğul olan homoseksualları döydülər » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |    

Bakıda keçmiş məhkumlar fahişəliklə məşğul olan homoseksualları döydülər

Bakıda bir qrup şəxs seksual azlıqlara qarşı müharibə elan edib.

Dekabrın 23-ü gecə Moskva prospektində yerləşən 68 nömrəli binanın qarşısında fahişəlik etmək üçün yığılan homoseksuallar döyülüb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Nəsimi rayonu 19-cu Polis Bölməsinə zərərçəkmiş 41 yaşlı Bakı sakini A.B. müraciət edib.

Onun dediyinə görə, üç nəfər ona hücum edib və güc tətbiq edərərək, 27 manatını mənimsəyib.

Bir neçə saatdan sonra Polis Bölməsinə 21 yaşlı Ağstafa sakini olan seksual azlıq nümayəndəsi də müraciət edib. Onun sözlərinə görə, beş nəfər şəxs onu döyərək, beş manat pulunu, şəxsiyyət vəsiqəsini, mobil telefonunu və başqa əşyalarını götürüblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şöbənin əməkdaşları tərəfindən üç şübhəli şəxs – 23 yaşlı Gədəbəy rayon sakini İlkin Məmmədov, 41 yaşlı Siyəzən rayon sakini Ramin İbrahimov və 52 yaşlı Bakı şəhər sakini Vəfalı Hüseynov saxlanılıb.

Onların üçü də əvvəl məhkum olublar. V.Hüseynov qaçaqmalçılıqla bağlı məhkumluq həyatı yaşayıb.

Hadisə qarət kimi qiymətləndirilib.

Hücum edən digər şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

///Oxu.Azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 215 23.12.19 18:52