Moskvadakı terror hücumunda bir nəfər ölüb, cinayətkar gizlənib - YENİLƏNİB + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Moskvadakı terror hücumunda bir nəfər ölüb, cinayətkar gizlənib - YENİLƏNİB + VİDEO

Moskvadakı terror aktında bir nəfər ölüb, daha iki nəfər isə ağır yaralıdı.

Lenta.ru xəbər verir ki, onların FTX əməkdaşları olması ehtimal olunur.


Hadisə yerindən qaçan cinayətkar yaxındakı binalardan birində gizlənib.

Onun ələ keçirilməsi ilə bağlı əməliyyat davam etdirilir.

* * * * *

Moskvada terror aktı baş verib.

MK.ru xəbər verir ki, hadisə şəhərin mərkəzində Bolşaya Lubyanka küçəsində olub.

İnsidentin Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransı günü və Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı ərəfəsində baş verməsi diqqət çəkib.

Atışma ilə bağlı ilk məlumata görə, silahlı şəxs avtomatdan (bəzi məlumatlara görə “Sayqa” markalı tüfəngdən) atəş açaraq sözügedən küçədə daimi postu olan yol polisi əməkdaşını öldürüb.

Daha sonra həmin şəxs Federal Təhlükəsizlik Xidmətinin binasına girib. Qeyri-rəsmi məlumatlara görə, silahlı şəxs tək olmayıb və onu bir neçə nəfər müşayiət edib.

İlkin məlumatlara görə, FTX-nin bir əməkdaşı da öldürülüb.

Artıq hadisənin baş verdiyi Vorovski meydanı hər tərəfdən mühasirəyə alınıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 330 19.12.19 20:33