Tərtər sakinini ağzından güllə ilə vuran kişi tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |    

Tərtər sakinini ağzından güllə ilə vuran kişi tutuldu

Tərtərdə baş verən qanlı cinayətdə günahlandırılan iki nəfər saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Dekabrın 9-u Səməd Vurğun küçəsində 32 yaşlı Mənsur Oqtay oğlu Behbudov ov silahı ilə yaralanıb. Cinayətkar onu ağzından güllə ilə vurub.

Yaralı əvvəl Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Gəncədə özəl klinikaya yerləşdirilib.

Onun vəziyyəti stabil ağır olaraq qalır.

Əldə olunan məlumata görə, dekabrın 10-u axşam Bakıda cinayət törətdikdən sonra gizləndikləri təxmin edilən iki kişi saxlanılıb.

Hələlik, hadisənin mübahisə zəminində baş verdiyi məlumdur.

Atəş yaxın məsafədən açılıb.

Hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə adam öldürməyə cəhd kimi qiymətləndirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 221 11.12.19 16:18