Mojo.az Banner
22:59 Davamlı olaraq nəvəyə baxmaq yaşlı insanlarda depressiyaya səbəb ola bilər  |     22:53 ABŞ-da Tarixi Qış Fəlakəti: Ölənlərin sayı artdı  |     22:46 Xanım sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc  |     22:39 Leyla Əliyeva Qretel Agilarla görüşdü - FOTOLAR  |     22:32 Toydan sonra dava düşdü — Vəzifəli şəxsin köməkçisi qonağı döydü: MƏHKƏMƏ  |     22:26 Şeyx Əbdül xəstəxanaya yerləşdirildi  |     22:20 Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...  |     22:12 Bakıda genişmiqyaslı təmir başlayır - 65 milyonluq LAYİHƏ  |     22:04 Zirəddindən İranla bağlı proqnoz: Apreldə  |     21:55 Onlara işıq pulunda güzəşt edilə bilər  |     21:47 Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu - FOTO  |     21:40 Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? – RƏSMİ  |     21:31 Trampdan Venesuela ilə bağlı yeni tapşırıq  |     21:24 Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər"  |     21:17 Şahruddindən maraqlı paylaşım — FOTO  |     21:11 Bu şəxslərə çuğundur YEMƏK OLMAZ  |     21:03 Almaniya səfiri İran XİN-ə çağırıldı  |     20:57 Azərbaycanın ən gənc generalı oldu  |     20:37 "Avroviziya"nın aparıcıları onlar olacaq  |     20:30 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |    
Left Banner
Right Banner

Azərbaycanın iki taekvondoçusu ilin son yarışında medal qazandı

07.12.2019 20:22 2 066
Azərbaycanın iki taekvondoçusu ilin son yarışında medal qazandı
Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-Pri turnirinin final mərhələsində üç taekvondoçumuzdan ikisi medal qazanıb.

80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beiqi Hərçəqani braziliyalı Miqel Martinsi və özbəkistanlı Nikita Rafaeloviçi məğlub edərək finala vəsiqə qazansa da, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtsova məğlub olaraq turniri gümüş medalla başa vurub.

Radik İsayev (+80 kq) isə bürünc medalla kifayətlənib.

Digər idmançımız Cavad Ağayev (-68 kq) elə ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

Xatırladaq ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışlar Moskva şəhərinin “Dinamo” idman arenasında keçirilir. İlk pillədə yer alan idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan idmançı isə 28.8 reytinq xalı əlavə edir.скачать dle 11.3