Millimizin futbolçusu yaydığı seks videosuna görə iki illiyə həbs oluna bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Millimizin futbolçusu yaydığı seks videosuna görə iki illiyə həbs oluna bilər

İspaniyanın Bask vilayəti prokurorluğu məhkəmədən “Eybar” klubunun hücumçusu Serji Enrixi və keçmiş komanda yoldaşı Antonio Lunanı beş illik həbs cəzasına məhkum etməyi xahiş edib.

Prokurorluq futbolçuları qadının iradəsinə zidd olaraq seks videosunu çəkərək, onu ictimailəşdirməkdə günahlandırır.

EFE informasiya agentliyi məlumat verir ki, prokurorluq “Eybar”ın keçmiş üzvü, millimizin futbolçusu Eddi İsrafilovun da cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Onun barəsində iki illik həbs nəzərdə tutulub. Zərərçəkən şəxs isə onun üç illik həbs olunmasını tələb edir.

Ehtimal edilir ki, görüntüləri hazırda “Albasete” klubunun şərəfini qoruyan Eddi İsrafilov yayımlayıb. Hər üç futbolçu şəxsi həyatın məxfiliyini pozmaqda ittiham edilirlər.

Prokurorluq Enrixi və Lunanı çəkilişdə, Eddi İsrafilovu isə görüntüləri ictimailəşdirməkdə günahlandırır. Bundan əlavə, prokuror zərərçəkənə dəyən mənəvi zərərə görə futbolçulardan kompensasiya tələb edir.

Qanuna əsasən, təqsirləndirilən şəxslərə prokurorun qərarından şikayət etmək üçün 10 gün vaxt verilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 432 05.12.19 16:17