Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlərin adları bilindi - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |    

Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlərin adları bilindi - YENİLƏNİB

Saatlıda qatar və avtomobilin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Qəza zamanı ölən şəxlər Sabirabad rayonundan olan – sürücü, Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu, sərnişin, Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğludur.

Fakt araşdırılır.

* * * * *

“Azərbaycan Dəmir Yolları” QSC Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə saat 09:40 radələrində baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı, “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.

Nəticədə, avtomobilin sürücüsü hadisə yerində ölüb. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

* * * * *

Saatlıda baş verən qəzada yaralanan şəxs ölüb.


Qatarla avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, digəri yaralanıb.

Vəziyyəti ağır olan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

* * * * *

Saatlıda qatar avtomobillə toqquşub.


Hadisə bu gün səhər saatlarında rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, qatar “VAZ 2106” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində sabirabadlı olduğu bildirilən bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.


APA-nın yerli bürosunun xəbərinə görə, bir nəfər hadisə yerində ölüb, bir nəfər yaralanıb.

/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 511 04.12.19 12:19