"Qarabağ" "Sumqayıt"a məğlub olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

"Qarabağ" "Sumqayıt"a məğlub olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, həftənin açılış oyununda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matçda hesabı 36-cı dəqiqədə ağdamlıların ispaniyalı legioneri Xayme Romero açıb. Görüşün ikinci hissəsi daha maraqlı alınıb. Meydan sahiblərinin iranlı legioneri Peyman Babayi 65-ci və 68-ci dəqiqələrdə 2 qol vurub.

Bundan 1 dəqiqə sonra isə meydan sahibləri cari çempionatda ilk dəfə azlıqda qalıblar. Rəqibi dirsəyi ilə vuran İsmayıl İbrahimli qırmızı vərəqə görüb.

Oyunda başqa qol olmayınca "Qarabağ" cari mövsümdə ilk dəfə uduzub və 27 xalla liderliyini davam etdirib. Xalını 17-ə çatdıran "Sumqayıt" isə 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Sabah "Səbail" "Sabah"ı qəbul edəcək. Bazar günü isə "Zirə" - "Keşlə" və "Neftçi" - "Qəbələ" matçları olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 224 22.11.19 23:07