“Araz” Marketlər Şəbəkəsində qəribə qadağa: “Şəkil çəkmək olmaz!” - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

“Araz” Marketlər Şəbəkəsində qəribə qadağa: “Şəkil çəkmək olmaz!” - YENİLƏNİB

“Araz” Supermarketlər Şəbəkəsi mağaza daxilində şəkil çəkməyə qoyulan qadağa məsələsinə rəsmi münasibət bildirib.

“Araz” supermarketlər şəbəkəsinin Marketinq departamenti PR və Daxili Kommunikasiya bölməsinin müdiri Billurə Əmirova Oxu.Az-a açıqlamasında bildirib ki, şəkil çəkmə ilə bağlı məhdudiyyət təkcə “Araz” Supermarketlər Şəbəkəsində yox, dünyanın bütün iri şəbəkə marketlərində var:

“Bizdə də, təbii ki, bununla bağlı müəyyən məhdudiyyətlər var. Hətta filiallarımızda müştəriləri məlumatlandırmaq üçün üzərində “şəkil çəkmədiyiniz üçün təşəkkür edirik” sözləri əks olunmuş lövhələr də asılıb.

Onu qeyd edim ki, bu məhdudiyyət daha çox qiymətlə bağlıdır. Əgər müştəri məhsulu əlinə götürüb şəkil çəkirsə və yaxud övladı ilə alış-veriş zamanı şəkil çəkdirirsə, hər hansısa məhdudiyyətdən söz gedə bilməz.

Lakin məhsulun rəfdə, qiyməti ilə birlikdə şəkli çəkilirsə, bu zaman mühafizə əməkdaşı sizə yaxınlaşaraq çəkilişə icazə olmadığını bildirəcək.

Müştərilərimizdən bunu anlayışla qarşılamalarını xahiş edirik”.

* * * * *

Bu gün daimi müştərisi olduğum “Araz” Supermarketlər Şəbəkəsi Xətai filialında (Babək Plazanın arxasında) qəribə bir situasiya ilə rastlaşdım.

Bu barədə marketoloq Elgün Namazlı öz “Facebook” profilində yazıb.

O bildirib ki, qablaşdırmada yaranmış problemi dostlarından birinə çəkib göndərməyə çalışanda qəribə qadağa ilə qarşılaşıb:

“Mağazadan alış-veriş edərkən daimi aldığım bir məhsulun qablaşdırılmasında yaranmış bir problemi gördüm və şəklini çəkib “Whatsapp”la dostuma göndərdim ki, yaranmış problem aradan qaldırsınlar. Alış-veriş edib kassadan uzaqlaşarkən bir xanım yaxınlaşdı ki, mağazada niyə şəkil çəkmisiniz? Anlamadığımı dedim və burada nə problem olduğunu soruşdum”.

Xanım ona rəhbərliyin belə qayda qoyduğunu bildirib:

“Başa düşmürəm, marketin içi dövlət əhəmiyyətli obyektdirmi, yoxsa nəsə məxfi bir yerdirmi ki, orada məhsul şəkli çəkməməliyik? Bəlkə, elə şəklini çəkib kiməsə göndəririk ki, istədiyin məhsul 2-3 çeşiddir, hansını alım? Yəni bu məntiq mənə çatmadı. Xanıma isə deyirəm, filan şirkətin rəhbərliyi dostumdur deyə özünə göndərdim şəkli ki, problemlə tanış olsun.

Şəkli göstərdim, hətta atdığım səsə belə qulaq asdırdım. Amma gördüm ki, fayda yoxdur. Sonda hövsələdən çıxdım və dedim ki, o qaydanı qoyan adama deyin ki, Elgün Namazlı adında bir adam gəldi, mağazada şəkil çəkdi və getdi. Bunun nə qayda olduğunu biri mənə izah etsin, zəhmət olmasa. Məncə, belə qaydalar çıxarmaqdansa, mağazanıza uşaqlar üçün diş məcunu göndərsəniz, yaxşı olar”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 203 20.11.19 14:11