Salyanda qadın dəm qazından boğularaq ölüb.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Salyan şəhər Tale Davudzadə küçəsində baş verib.
Həmin ünvanda yaşayan 1992-ci təvəllüdlü Zəkirə Bədəlova hamamda çimərkən dəm qazında boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.
Meyit aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.